Son dəqiqə

FHN İsmayıllı

İsmayıllıda torpaq sürüşməsi baş verən ərazidə evlərin sakinləri köçürülür

Bakı. TurkicWorld:

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

FHN-in mətbuat xidmətindən TurkicWorld-a verilən məlumata görə, bunu nəzərə alaraq Nazirlik tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.

Mövzuya görə xəbərlər