Müdafiə Sənayesi Nazirliyinin zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb

Müdafiə Sənayesi Nazirliyinin zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb

Bakı.TurkicWorld:

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı ilə bağlı ibtidai istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən TurkicWorld-a bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Qeyd edək ki, bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də partlayış baş verib. Partlayış nəticəsində bir nəfər dünyasın dəyişib, bir qadın isə ağır xəsarət alıb.