Bakı. TurkicWorld:
AKINCI PUA-ya MURAD radarı inteqrasiya edilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin ASELSAN şirkətinin baş direktoru Əhməd Akyol məlumat verib.
"AKINCI Hücum Pilotsuz Uçuş Aparatının imkanlarını əhəmiyyətli dərəcədə artıracaq aktiv elektron skan edilmiş MURAD radarının platformaya inteqrasiyası tamamlanıb. Önümüzdəki günlərdə onun hava sınaqları keçiriləcək. Bu radarda çoxlu hədəf izləmə var. Uzaq məsafədən hədəfləri ayırd edə bilməkdən tutmuş, dəniz rejimlərindən SAR/ISAR hərəkətli hədəf izləməyə qədər bir sıra fərqli xüsusiyyətlərə malik bir məhsuldur. Bu, minlərlə elektron komponenti olan tamamilə yerli istehsal sistemdir. ASELSAN, PUA-lar üçün radarlar, elektro-optika, idarə olunan sursat və rabitə sistemləri hazırlamağa davam edir",- deyə Əhməd Akyol bildirib.
Əhməd Akyol qeyd edib ki, bu gün embarqoya qarşı inkişaf etdirdiyimiz CATS məhsulları 12 ölkəyə ixrac edilib. Hal-hazırda ASELFLIR-500-in son uçuşları edilir, sınaqları tamamlanmaq üzrədir və yaxın günlərdə inventara daxil ediləcək.
"PUA-ların radarını və kamerasını hazırlayarkən aşkar edilən elementlərin uzaq məsafələrdən həssas şəkildə təsirlənməsini təmin etmək üçün dəqiq idarə olunan döyüş sursatları hazırlamışıq. TOLUN sursatı uzun məsafələrdə hədəfi çox həssas şəkildə vuran konkret deşici xüsusiyyətə və çox uzun diapazona malikdir. Bu yaxınlarda TOLUN ilə ixrac müqaviləsi imzalamışıq",- deyə baş direktor vurğulayıb.