Son dəqiqə

Azərbaycan Xəzər dənizi zəlzələ

Azərbaycan sahillərində güclü zəlzələ baş verib

Bakı. TurkicWorld:

Xəzər dənizində, Azərbaycan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Azərbaycanın bir sıra rayonlarında, həmçini paytaxt Bakıda da hiss olunub.

Mövzuya görə xəbərlər