Son dəqiqə

Azərbaycan Moldova qaz tədarükü

Moldova Azərbaycanın köməyi ilə qaz tədarükü mənbələrini şaxələndirmək niyyətindədir

Bakı. TurkicWorld:

Kişinyov azərbaycanlı investorları cəlb etməkdə və Bakının hesabına qaz tədarükü mənbələrinin şaxələndirilməsində maraqlıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Moldovanın baş nazirinin müavini və xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfovla görüşdən sonra özünün "Telegram" kanalında yazıb.

"Mən Moldovanın birgə layihələrin həyata keçirilməsi üçün respublikaya mümkün qədər çox azərbaycanlı investor cəlb etməkdə maraqlı olduğunu vurğuladım. Ölkəmiz təbii qazın tədarükü mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır", - deyə N.Popesku bildirib.

Moldova baş nazirinin müavini Moldova-Azərbaycan diplomatik əlaqələrinin qurulmasından sonra əldə olunan nəticələri yüksək qiymətləndirib, həmçinin Kişinyovun Bakı ilə enerji, iqtisadiyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafına açıq olduğunu bildirib.

Bundan əlavə, tərəflər Moldova ilə Azərbaycan arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət mövzusuna da toxunublar.

Mövzuya görə xəbərlər