BAKI,TurkicWorld
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,41 ABŞ dolları və ya 0,43 faiz artaraq bir barel üçün 95,57 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunur ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,47 faiz artaraq 92,75 ABŞ dolları təşkil edib.
"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,3 ABŞ dolları və ya 2,05 faiz artaraq bir barel üçün 64,83 ABŞ dollarına çatıb.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,41 ABŞ dolları və ya 1,53 faiz artaraq bir barel üçün 93,33 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in son məlumatına görə, xam neftin qiyməti çərşənbə günü bir barel üçün 84 dollara yaxınlaşıb və ABŞ ilə İran arasında mümkün razılaşma ilə bağlı ziddiyyətli siqnalları qiymətləndirən investorların fonunda ardıcıl beşinci sessiyada artıb. Qeyd edilib ki, Pakistanın müdafiə naziri bildirib ki, Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı "müəyyən razılaşmaya çox yaxındır".
"Eyni zamanda, yayılan məlumatlara görə, İran və Oman arasında danışıqlar artıq inkişaf etmiş mərhələyə keçib. Lakin bu müsbət inkişaflar Prezident Donald Trampın bu həftə İranla bağlı daha sərt mövqe sərgiləməsindən sonra baş verib. Tramp Tehranı İslam Respublikası ilə əlaqəli hücumlarda öldürülən şəxslərə görə təzminat ödəməyə çağırıb. Onun bu açıqlaması İranın həftəsonu irəli sürdüyü bir sıra tələblərə, o cümlədən ABŞ və İsrailin ölkədə həyata keçirdiyi hərbi əməliyyata görə müharibə təzminatı tələb etməsinə cavab olaraq səsləndirilib. Bu arada, sənaye məlumatları göstərib ki, ötən həftə ABŞ-da xam neft ehtiyatları 9,1 milyon barel artıb. Bu, fevral ayından bəri ən böyük həftəlik artım olub", - məlumatda qeyd edilib.







