BAKI, TurkicWorld, Orxan Qədirzadə
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qaz hasilatının bu ilin yay aylarında başlanacağı gözlənilir.
TurkicWorld xəbər verir ki, bu barədə Ciovanni Kristofoli media nümayəndələri ilə görüş zamanı məlumat verib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi AÇG-də mövcud olan iri qaz ehtiyatlarına çıxış əldə etməyə imkan yaradacaq və gələcəkdə əlavə hasilat perspektivlərini genişləndirəcək.
Xatırladaq ki, AÇG üzrə qüvvədə olan hasilatın pay bölgüsü sazişinə sərbəst təbii qaz (STQ) ilə bağlı yeni əlavənin imzalanmasından sonra ilk qiymətləndirmə quyusu planlaşdırılıb və mövcud Qərbi Çıraq platforması vasitəsilə təhlükəsiz şəkildə qazılıb. Bu quyu yalnız hasilat üçün deyil, həm də qiymətləndirmə baxımından mühüm əhəmiyyət daşıyır. Çünki əldə edilən məlumatlar AÇG-dəki sərbəst qaz ehtiyatlarının gələcək işlənmə planlarının hazırlanmasına kömək edəcək.





