Azərbaycan neft FOB URALS Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

BAKI,TurkicWorld

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,04 ABŞ dolları və ya 0,06% azalaraq 66,50 dollar təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,03 dollar və ya 0,05% ucuzlaşaraq 64,51 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,04 dollar və ya 2,54% azalaraq, 39,86 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,05 dollar və ya 0,08% azalaraq 64,36 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər