Bakı, TurkicWorld
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 5 643,7 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% azalıb.
Dövlət Statistika Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, hesabat dövründə yüklərin 48,3%-i neft yükləri təşkil edib.
Məlumata görə, dəniz limanları tərəfindən 9269,0 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 7 421,9 min tonunu və ya 80,1%-i tranzit yüklər təşkil edib.
"2024-cü il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 409,1 min ton olub", - məlumatda qeyd olunur.
Bildirilir ki, hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq, 18,7 min nəfər təşkil edib.