Bakı. TurkicWorld:
Bu ilin yanvar ayında Azərbaycanda su elektrik stansiyalarında (KES) 133,4 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,4 milyon kVt-saat və ya 38,5% azdır.
Eyni zamanda, hesabat dövründə ölkədə istilik elektrik stansiyalarında 1,979 milyard kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ili eyni ayındakı göstərici ilə müqayisədə 50,9 milyon kVt-saat və yaxud 2,5% azalma deməkdir.
İstilik elektrik stansiyalarında əldə edilmiş enerjinin 22,1 milyon kVt-saatı tullantıların yandırılmasından alınan elektrik enerjisi təşkil edib. Bu isə ötən ilin yanvar ayındakı göstəricyə nisbətən 3,8 milyon kVt-saat və ya 20,8% çoxdur.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2026-сı ilin yanvar ayında 350,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,4 milyon manat təşkil edib.







