...

Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir - Verner Hoyer

Energetika Digər xəbərlər 18 Fevral 2023 17:47
TurkicWorld Aytac Aliyeva
Avropa İnvestisiya Bankı “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəkləyir - Verner Hoyer

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xətt Avropa İnvestisiya Bankının, həmçinin Avropa İttifaqının "EU Global Gateway" strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil edir.

TurkicWorld xəbər verir ki, bu fikri Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə söyləyib. O, rəhbərlik etdiyi maliyyə qurumunun xüsusilə "Yaşıl enerji" konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırıb.

Verner Hoyer vurğulayıb ki, Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə etməsi nəticəsində Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələr icra olunub. EIB-in prezidenti, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti