Avropa Şurası Avropa İttifaqı Özbəkistan Avropa Komissiyası Şavkat Mirziyoyev Avropa İnvestisiya Bankı Mərkəzi Asiya Ursula von der Leyen Antonio Kosta

Özbəkistanda Avropa İnvestisiya Bankının regional ofisi açılır

BAKI,TurkicWorld

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində keçiriləcək “Mərkəzi Asiya-Avropa İttifaqı” birinci sammitində iştirak etmək üçün gələn Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa Şurasının sədri Antonio Koşta ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüşün yekununda Avropa İnvestisiya Bankının Özbəkistanda regional nümayəndəliyinin yaradılması ilə bağlı saziş imzalanıb.

1958-ci ildə təsis edilən Avropa İnvestisiya Bankı Avropa İttifaqının aparıcı maliyyə institutudur.

Daşkənd şəhərində bankın nümayəndəliyinin açılması Özbəkistanda və bütövlükdə Mərkəzi Asiyada yaşıl iqtisadiyyat, innovativ sənaye və müasir infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə töhfə verəcək.

Mövzuya görə xəbərlər