Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Bakı. TurkicWorld:

Fevralın 8-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,99 dollar bahalaşaraq 86,33 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,99 dollar bahalaşaraq 84,56 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,01 dollar bahalaşaraq 46,67 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 8-də 1,04 dollar bahalaşaraq 83,15 dollar olub.