Son dəqiqə

Azneft

“Qərbi Abşeron” yatağında yeni dəniz özülü istismara verilib

Bakı,TurkicWorld

SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "Qərbi Abşeron" yatağında yeni inşa edilmiş 50 saylı stasionar dəniz özülü istismara verilib.

Bu barədə "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

"SOCAR-ın "Azneft" İstehsalat Birliyinin (İB) strateji hədəflərindən biri olan yataqların infrastruktur potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Yeni platformada ilk quyunun qazma, tamamlama işləri uğurla icra edilib və hasilat prosesinə başlanılıb. Ümumilikdə isə, 16 quyunun qazılması nəzərdə tutulub", - məlumatda bildirilib.

Qeyd edilib ki, qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları vasitəsilə qurulmuş geoloji model əsasında layihələndirilir və icra edilir.

Mövzuya görə xəbərlər