Azərbaycan Pərviz Şahbazov Özbəkistan Yol xəritəsi Energetika

Azərbaycan və Özbəkistan energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə Yol Xəritəsi imzalayıb

BAKI,TurkicWorld

Azərbaycan və Özbəkistan energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsi imzalayıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Özbəkistanın energetika naziri Şerzod Xocayevlə görüşdə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizin dinamik inkişafına uyğun olaraq enerji əməkdaşlığımızın yeni mərhələsini müzakirə etdik. "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi"nin inkişafı, neft-qaz, bərpa olunan enerji, enerji səmərəliliyi və investisiyalar üzrə tərəfdaşlığı dəyərləndirdik. Görüş çərçivəsində energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2026-2028-ci illər üzrə Yol Xəritəsini imzaladıq", - paylaşımda qeyd edilib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər