Son dəqiqə

Dövlət Statistika Komitəsi

Azərbaycanda kerosin istehsalı azalıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar–fevral aylarında Azərbaycanda 94,6 min ton kerosin istehsal edilib.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,9 min ton və ya 22,1% azdır. Ötən ilin yanvar ayında ölkədə 121,5 min ton kerosin istehsal olunmuşdu.

1 mart tarixinə ölkədə hazır məhsul ehtiyatları 33,2 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar–fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsalın həcmi 824,5 milyon manat təşkil edib ki, bu da ötən ilin yanvar–fevral ayları ilə müqayisədə 18,4% azdır. Neft koksunun istehsalı 9,8% artıb, qazoylun (dizel yanacağının) istehsalı 16,2% azalıb, neft bitumunun istehsalı 15,9%, ağ neftin istehsalı 22,1%, mazutun istehsalı isə 70,4% azalıb.

Mövzuya görə xəbərlər