Bakı. TurkicWorld:
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar-fevral aylarında 9,3 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz çox sənaye məhsulu istehsal edilib.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Emal sənayesində 2026-cı ilin yanvar-fevral aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri sahələrində olub.
Xəbər yenilənəcək







