BAKI,TurkicWorld
Azərbaycan və Çin şirkəti Hacıqabuldakı Günəş elektrik stansiyası layihəsinin icra vəziyyətini müzakirə ediblər.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
“Çinin "PowerChina Resources Ltd." şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşümüzdə "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlarla bağlı müzakirələr apardıq.
Enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanlarına toxunduq”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, 2025-ci ilin əvvəlində Hacıqabul Sənaye Parkında Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı ilkin işlərə başlanılıb. 2,5 MVt-lıq Günəş Elektrik Stansiyasının (GES) qurulması ilə sənaye parkının enerji təminatının bir hissəsi alternativ və bərpaolunan enerji mənbələrinin hesabına ödəniləcək.
Əlavə edək ki, Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat enerji əldə etməyi planlaşdırır.







