BAKI, TurkicWorld
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 4,234 milyard ABŞ dolları dəyərində 8,775 milyard kubmetr təbii qaz ixrac olunub.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 597 milyon ABŞ dolları və ya 16,4 faiz çoxdur , həcm baxımından isə 156 milyon kubmetr və ya 1,8 azdır.
Müqayisə üçün 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya ümumilikdə 3,637 milyard ABŞ dolları dəyərində 8,931 milyard kubmetr təbii qaz ixrac olunub.
2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 8,117 milyard ABŞ dolları dəyərində 22,804 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 513,3 milyon ABŞ dolları və ya 6,7% çox, həcm baxımından isə 718 milyon kubmetr və ya 3% azdır.
Eyni zamanda 2025-ci ilin ilk 11 ayında Azərbaycana 39,151 milyon ABŞ dolları dəyərində 252,168 milyon kubmetr təbii qaz idxal edilib. Bu isə bir il əvvəlki göstərici ilə müqayisədə dəyər ifadəsində 42,8 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 261,4 milyon kubmetr və yaxud 2 dəfə azdır.







