Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər - Overçuk

Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər - Overçuk

Bakı. TurkicWorld:

Rusiya enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycana kömək edə bilər.

TurkicWorld-un məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və İranın enerji sistemlərinin birləşdirilmə layihəsinin texniki-iqtisadi əsaslandırılması davam etdirilir.

"Bundan başqa, biz Azərbaycanla qeyri-enerji sektorunda da əməkdaşlığa hazırıq. Bu il 11-ci regionlararası forum çərçivəsində də müzakirələr üçün imkan qazadacağıq", - nazir müavini deyib.

A.Overçuk qeyd edib ki, hökumətlərarası komissiya çərçivəsində konkret nəticələrə köklənmiş dialoq bir sıra starteji tapşırıqların yerinə yetirilməsinə, o cümlədən, Cənubi Qafqazda vəziyyətin sabitlərşməsinə xidmət edəcək.