Son dəqiqə

neft Brent

"Brent" neftinin qiyməti mayın 29-dan bəri ilk dəfə 66 dolları keçib

BAKI, TurkicWorld

Bu ilin avqust ayında təhvil veriləcək "Brent" markalı neftin fyuçerslərinin qiyməti London ICE birjasında mayın 29-dan bəri ilk dəfə olaraq bir barral üçün 66 ABŞ dollarını keçib.

TurkicWorld xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 17:33-də "Brent" neftinin qiyməti 1,23 faiz artaraq barrel başına 66,09 dollar olub.

Saat 18:10-a olan məlumata görə isə, "Brent" fyuçers artımını sürətləndirərək 66,19 dollara çatıb. Cari ilin iyul ayında təhvil veriləcək "WTI" markalı neftin fyuçersi isə 1,8 faiz artaraq bir barrel üçün 64,35 dollara yüksəlib.

Mövzuya görə xəbərlər