Son dəqiqə

neft Səudiyyə Ərəbistanı Brent WTI Yəmən Husilər Qırmızı dəniz enerji bazarı Yənbu

Husilərin hücum iddiasından sonra Brent nefti 80 dolları ötüb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Yəməndə fəaliyyət göstərən husilərin Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerinə hücum etdiyini bildirməsindən sonra dünya bazarında neftin qiyməti kəskin bahalaşıb.

TurkicWorld xəbər verir ki, Brent markalı neftin oktyabr fyuçersləri 1,51 dollar və ya 1,9 faiz bahalaşaraq bir barel üçün 80,87 dollara yüksəlib.

ABŞ-ın West Texas Intermediate (WTI) markalı neftinin fyuçersləri isə 90 sent və ya 1,19 faiz artaraq 76,67 dollar təşkil edib.

Qiymət artımı husilərin İran–ABŞ gərginliyinin azalacağı və Yaxın Şərqdə dəniz daşımalarının bərpa olunacağı ilə bağlı gözləntiləri zəiflədən bəyanatından sonra baş verib.

Husilər Qırmızı dənizin şimal hissəsində, Səudiyyə Ərəbistanının əsas neft ixrac limanlarından biri olan Yənbu sahilləri yaxınlığında Səudiyyə tankerinə ballistik raketlə zərbə endirdiklərini iddia ediblər.

Hücumla bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər