Son dəqiqə

Pərviz Şahbazov Yaşıl Enerji

"Yaşıl" dəhliz üzrə "Xəzər-Qara dəniz-Avropa" birgə müəssisəsi yaradılır - Pərviz Şahbazov

Bakı. TurkicWorld:

Hazırda Xəzər dənizinin 157 qiqavatt gücündə sahildə külək enerjisi potensialından istifadə etməklə "Xəzər-Qara dəniz-Avropa" "yaşıl" enerji dəhlizinin yaradılması üzrə mühüm işlər görülür.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün energetika naziri Pərviz Şahbazov 29-cu Bakı Enerji Forumunda çıxışında deyib.

Nazir qeyd edib ki, bu başlanğıc mərhələdə Aİ-yə 4 qiqavatt "yaşıl" elektrik enerjisi və "yaşıl" qazların (hidrogen, ammonyak) icracını təşkil etməyə imkan verəcək.

"Bu layihə çərçivəsində tərəfdaş ölkələr olan Gürcüstan, Rumıniya və Macarıstanla nazirlər səviyyəsində 7 görüş keçirmişik. Bolqarıstan da bu layihəyə maraq göstərir. Layihənin texniki-iqtisadi əsaslandırmasının ilk nəticələri 2024-cü ilin sonuna gözlənilir. Biz baş ofisi Buxarestdə yerləşəcək olan birgə müəssisə yaradırıq", - nazir deyib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.

Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

Mövzuya görə xəbərlər