OPEC+ nazirlərinin növbəti görüşü noyabrın 26-da Vyanada keçiriləcək

OPEC+ nazirlərinin növbəti görüşü noyabrın 26-da Vyanada keçiriləcək

Bakı. TurkicWorld:

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin növbəti görüşü 26 noyabr 2023-cü ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün keçirilən 35-ci nazirlər görüşünün yekunları üzrə dərc edilən bəyanatda bildirilir.

Eyni zamanda, bugünkü görüşdə neft hasilatının səviyyəsinin 2024-cü ildən sutkada 40,46 milyon barelə qədər tənzimlənməsi qərara alınıb.

Qeyd olunur ki, yeni qərar neft bazarının sabitliyinə nail olmaq və saxlamaq və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitin yaradılması məqsədilə qəbul edilib.