"TotalEnergies" Abşeron yatağında hasilat üçün böyük potensial görür

"TotalEnergies" Abşeron yatağında hasilat üçün böyük potensial görür

Bakı. TurkicWorld:

TotalEnergies şirkəti Abşeron qaz-kondensat yatağından böyük həcmdə təbii qaz hasil etmək potensialını görür.

TurkicWorld-un məlumatına görə, bunu "TotalEnergies"in birinci vitse-prezidenti Jan-Lük Gizü Bakı Enerji Həftəsi zamanı deyib.

Onun sözlərinə görə, şirkət artıq ilk həcmlərii çıxarıb.

“Biz böyük potensial görürük və bu layihədən böyük gözləntilərimiz var".

Eyni zamanda, şirkət rəsmisi bildirib ki, TotalEnergies həm də karbonsuzlaşdırmə və təbii ehtiyatların ekoloji təmiz çıxarılmasına yönəlib.

"Biz enerji potensialının, o cümlədən bərpa olunan enerjinin artırılmasını hədəfləmişik. Bununla bağlı investisiya strategiyası hazırlanıb və biz bunu tətbiq edəcəyik", - o deyib.

Xatırladaq ki, 2016-cı il noyabrın 21-də SOCAR və “TotalEnergies” şirkəti arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsinin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.

“Abşeron” dəniz blokunda kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş 2009-cu il fevralın 27-də imzalanıb.

Müqavilənin müddəti 30 ildir. Müqavilə sahəsi 747 kvadrat kilometrdir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 100 km cənub-şərqdə, təxminən 500 metr dərinlikdə yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.