Yanvar-aprel aylarında Türkiyə Qazaxıstana hazır geyim məhsulları ixracını artırıb

Yanvar-aprel aylarında Türkiyə Qazaxıstana hazır geyim məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Qazaxıstana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 92,1 faiz artaraq 133,1 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Qazaxıstana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 16,5 faiz artaraq 30,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 6,7 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 26,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 20,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.