Son dəqiqə

Özəl Türkiyədə tender

Karacabey bələdiyyəsi uşaq parkı tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Karabey bələdiyyəsi uşaq parkı tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Uşaq parkının tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 150 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 23 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Belediye Hizmet Binası 6.Kat Satın Alma Bürosu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 224 676 86 40 - 224 676 86 39

Mövzuya görə xəbərlər