Son dəqiqə

Özəl Türkiyədə tender

Giresun bələdiyyəsi avtopark tikintisi üzrə tender elan edib

Bakı. TurkicWorld:

Giresun bələdiyyəsi çoxmərtəbəli avtopark tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avtopark tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 170 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 30 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “Hacımiktat Mah. Tabaklar Sok. No:1 Giresun Belediyesi Yeni Hizmet Binası Kat:6 İhale Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 454 444 40 28 - 454 210 28 24

Mövzuya görə xəbərlər