Son dəqiqə

Özəl Türkiyədə tender

Talas bələdiyyəsi tender elan edib

Bakı. TurkicWorld:

Talas bələdiyyəsi Mövlana məhəlləsində dörd mərtəbəli uşaq bağçasının tikintisi üzrə tender elan edib.

TurkicWorld xəbər verir ki, tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Uşaq bağçasının tikintisi işinin başa çatdırılması üzrə son tarix tenderin nəticələrinin açıqlanmasından 180 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 22 may 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:30-a qədər “Talas Belediyesi İhale Salonu” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 352 437 00 55 - 352 437 00 40

Mövzuya görə xəbərlər