Azərbaycanın pul bazası 20 faizdən çox artıb

Azərbaycanın pul bazası 20 faizdən çox artıb

Bakı. TurkicWorld:

2023-cü il mayın 1-də pul bazası təqribən 17,61 milyard manat olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 20,9 faiz və ya 3,045 milyard manat çoxdur.

Bu barədə TurkicWorld-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

2022-ci ilin aprel ayında Azərbaycanda pul bazası 14,564 milyard manatdan yuxarı olub.

Qeyd edək ki, mayın əvvəlində pul bazasının göstəricisi 2023-cü il aprelin əvvəlinə olan göstəricidən 0,44 faiz və ya 79 milyon manat aşağı olub.

Pul bazasına kommersiya banklarının dövriyyədə olan nağd və sərbəst bank və icbari ehtiyatları daxildir.