Son dəqiqə

Azərbaycan Türkiyə Türkiyə Ticarət nazirliyi dəri məhsulları

Yanvar-mart aylarında Türkiyə Azərbaycana dəri məhsulları ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 5,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyə Azərbaycana dəri məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,8 faiz azalaraq 1,8 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 570,4 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 219,9 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 14,7 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 2,1 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər