Yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı artıb

Yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı artıb

Bakı. TurkicWorld:

2023-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 4 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 15,6 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.