Fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 45 milyard dolları ötüb (ÖZƏL)

Fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 45 milyard dolları ötüb (ÖZƏL)

Bakı, TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49,349 milyard dollar təşkil edib. Bu barədə TurkicWorld-a Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Narizlikdən bildirilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz azalaraq 18,635 milyard dollara, idxalı isə 10,1 faiz artaraq 30,714 milyard dollara çatıb.

“Bu ilin fevral ayında, ən çox ixracat edilən ölkə , Almaniya olub. Belə ki, 2023-cü ilin fevral ayında Türkiyədən Almaniyaya 1,697 milyard dəyərində mal ixrac edilib ki, bunuda sırası ilə 1,119 milyard dollar ilə İtaliya və 1,086 milyard dollar ilə ABŞ izləyir.

Bu ilin fevral ayında Türkiyə ən çox mal Rusiyadan idxal edilib ki buda 4,214 milyard dollar təşkil edib. Onu, 3,526 milyard dollar ilə İsveçrə və 3,103 milyard dollar ilə Çin izləyir." - deyə nazirlikdən qeyd edilib.

Qeyd edək ki, 2023-ci ilin yanvar-fevral ayında Türkiyənin xarici ticarət dövriyyəsi 102,312 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artaraq 37,992 milyard dollara, idxalı isə 15,4 faiz artaraq 64,320 milyard dollara çatıb.