Son dəqiqə

Türkiyədə tender

Şişli bələdiyyəsi tender elan edib

Bakı.TurkicWorld:

Şişli Bələddiyyəsi Biosidal Məhsulların və Məhsulların Tətbiqi Avadanlıqlarının satınalması üzrə tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Məhsulların təhvil verilmə tarixi tenderin nəticələrinin açıqlanmasında 30 gün sonradır.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 17 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 11:00-a qədər “Şişli Belediye Başkanlığı Satın Alma ve İhale Birimi, Merkez Mah. Darülaceze Cad. No:8 5.Kat Şişli/İstanbul” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 212 708 88 88, 212 708 88 88

Mövzuya görə xəbərlər