Türkiyədə Misir kapitallı şirkətlərin sayı keçən ilə nəzərən azalıb (ÖZƏL)

Türkiyədə Misir kapitallı şirkətlərin sayı keçən ilə nəzərən azalıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Misir kapitalı ilə 41 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 şirkət azdır.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Misir şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapıtalıda azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Misir şirkətlərinin məcmu kapitalı 18,1 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 30,4 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Misir şirkətlərinin əksəriyyəti İstanbulda (36) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Misir şirkətlərinin ümumi kapitalı 16,8 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Misir kapitalı ilə 25 topdan və pərakəndə ticarət şirkəti qeydə alınıb.

Türkiyədə qeydiyyata alınan Ukraynanın topdan və pərakəndə ticarət şirkətlərinin məcmu kapitalı 14,9 milyon türk lirəsi təşkil edib.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.