BOTAŞ personal daşınması üçün tender elan edib

BOTAŞ personal daşınması üçün tender elan edib

Bakı. TurkicWorld:

BOTAŞ personal daşınması üçün nəqliyyat xidməti üzrə tender elan edib.

Bu barədə TurkicWorld AzerPress-ə istinadən xəbər verir.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tenderdə qalib gələn şirkət, 01.07.2023-cü ildən 30.06.2025-ci ilə qədər nəqliyyat xidmətlərini göstərməlidir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 26 aprel 2023-cü il, Türkiyə vaxtı ilə saat 10:00-a qədər “BOTAŞ Doğal Gaz İletim ve Piyasa İşlemleri Daire Başkanlığı, Zemin Kat İhale Salonu, Eskişehir Yolu 23.km Yapracık Mevki Etimesgut / Ankara” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

- Zərflərin hər küncü möhürlənməlidir.

Əlaqə nömrəsi : (+90) 312 297 18 23, 312 297 19 44