Türkiyədə Çin kapitallı şirkətlərin sayı 10-u keçib (ÖZƏL)

Türkiyədə Çin kapitallı şirkətlərin sayı 10-u keçib (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Çin kapitalı ilə 13 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Çin şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 3,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 2,9 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Çin şirkətlərinin əksəriyyəti İstanbulda (12) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Çin şirkətlərinin ümumi kapitalı 3,3 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Çin kapitalı ilə 5 topdan və pərakəndə ticarət.

Türkiyədə qeydiyyata alınan Çinin topdan və pərakəndə ticarət şirkətlərinin məcmu kapitalı 660 min türk lirəsi təşkil edib.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.