Türkiyədə Qırğızıstan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Türkiyədə Qırğızıstan kapitallı şirkətlərin sayı artıb (ÖZƏL)

Ankara . TurkicWorld:

2023-ci ilin fevral ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qırğızıstan şirkətlərinin sayının artması ilə yanaşı, onların ümumi kapıtalıda artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qırğızıstan şirkətlərinin məcmu kapitalı 1,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 125 min türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin fevral ayında Qırğızıstan şirkətlərinin əksəriyyəti İstanbulda (6) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Qırğızıstan şirkətlərinin ümumi kapitalı 1,6 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin fevral ayında Türkiyədə Qırğızıstan kapitalı ilə 4 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.