Son dəqiqə

Azərbaycan AZPROMO

Azərbaycanın qeyri-neft ixracı 36,6 faiz artıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 mln ABŞ dolları təşkil edib.

TurkicWorld-un İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur.

Təkcə fevral ayında Azərbaycandan 366,92 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.

Mövzuya görə xəbərlər