Azərbaycanda biznes subyektlərin 99 faizi KOB-un payına düşür - Orxan Məmmədov

Azərbaycanda biznes subyektlərin 99 faizi KOB-un payına düşür - Orxan Məmmədov

Bakı. TurkicWorld:

Azərbaycanda sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta müəssisələrin payına düşür.

TurkicWorld-un məlumatına görə, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, qlobal dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinə cüzi mənfi təsir göstərir.

"Alternativ maliyyə alətlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına müsbət təsir göstərəcək. Bu gün İslam bankçılığının dünyada ən böyük bankçılıq sistemlərindən biri olduğunu və payının gündən-günə artdığını görürük", - o deyib.

O.Məmmədov həmçinin qlobal təsirlərin ölkəmizin iqtisadiyyatına təsirinin qarşısının alınması məqsədilə 2026-cı ilədək milli strategiyanın qəbul olunduğunu qeyd edib.

"Bu strategiya çərçivəsində bir sıra layihələrin, o cümlədən KOB İnvestisiya Fondunun reallaşdırılması planlaşdırılır. Hesab edirik ki, bu vasitə kiçik və orta biznes subyektləri üçün yaxşı alternativ mənbə rolunu oynayacaq", - O.Məmmədov vurğulayıb.

Bundan başqa, KOBİA İdarə Heyətinin sədri İslam bankçılığının reallaşması çərçivəsində Azərbaycanda müvafiq konsorsiumun yaradıldığını və yol xəritəsinin qəbul edildiyini qeyd edib.