Türk Ticarət Bankının səhmləri satışa çıxarılıb

Türk Ticarət Bankının səhmləri satışa çıxarılıb

Bakı, TurkicWorld:

Əmanətlərin Sığortalanması Fondu (TMSF) Türk Ticarət Bankının səhmlərini satışa çıxarıb. TurkicWorld-un məlumatına görə, TMSF Türk Ticarət Bankının səhmlərinin satışa çıxarılması səbəbini açıqlamayıb.

Məlumat üçün bildirək ki, Türk Ticarət Bankının 98,5 faizi, 10 milyard 760 milyon 577 min 346 səhmi satışa çıxarılıb. Satışa çıxarılan səhmlərin təxmini dəyəri 380 milyon lirə təyin edilib. Səhmlər tender yolu ilə satılacaq.

Tender 21 mart 2023-cü il saat 10:00-da TMSF-nin Esentepedəki binasında keçiriləcək. Bağlı zərfdə təkliflər verildikdən sonra iştirakçıların sayından asılı olaraq hərrac keçiriləcək.

Əlavə olaraq qeyd edək ki, TMSF müflis olmuş və ya zərərlə işləyən şirkətlərin səhmlərini özündə saxlayır və onların satışından əldə edilən gəlirlər dövlət fondu vasitəsilə vətəndaşların bank əmanətlərini ödəmək üçün istifadə edilir.