Azərbaycan və Qazaxıstan arasında xarici ticarət dövriyyəsi artıb

Azərbaycan və Qazaxıstan arasında xarici ticarət dövriyyəsi  artıb

Bakı, TurkicWorld

Azərbaycan və Qazaxıstanın Aktobe vilayəti arasında xarici ticarət dövriyyəsi 2022-ci ildə 7 dəfə artaraq 28,6 milyon ABŞ dollarına çatıb.

TurkicWorld-un məlumatına görə, bunu Qazaxıstanın Aktobe vilayətinin qubernatoru Yeralı Tuqjanov Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri Elçin Məmmədovla görüşündə bildirib.

Yeralı Tuqjanov görüş zamanı Azərbaycanla əlaqələrin Qazaxıstan üçün önəmini vurğulayıb.

“Məqsədimiz biznes sahəsində əlaqələri inkişaf etdirməkdir. Ümid edirəm ki, bugünkü görüş ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq”, - deyə Elçin Məmmədov bildirib.

Qeyd edək ki, regionun iqtisadi potensialı haqqında təqdimatla çıxış edən Tuqjanov Aktobe vilayətinin ölkənin böyük nəqliyyat və logistika mərkəzi olduğunu əlavə edib.

“Son beş ildə regiona 6 milyard dollardan çox vəsait cəlb olunub. Bu məbləğin 25 faizi birbaşa xarici investisiyaların payına düşür. Coğrafi mövqeyi və çox sayda faydalı qazıntı ehtiyatları ilə seçilən regionda 1 min 100 xarici şirkət, o cümlədən, transmilli təşkilatlar fəaliyyət göstərir. Kənd təsərrüfatı, maşınqayırma, tikinti sənayesi və turizm sahələrində layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradılıb”, - deyə Tuqjanov əlavə edib.

Məlumat üçün qeyd edək ki, ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 549,8 milyon ABŞ dolları təşkil edib.