Yunanıstandan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Yunanıstandan Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar ayında Yunanıstandan Türk limanlarına 13 milyon 034 min 935 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Yunanıstandan limanlara 1 milyon 033 min 038 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 11 miyon 710 min 963 ton yük çatdırıb.

Bu müddət ərzində Yunanıstan bayraqlı gəmilərlə Türkiyə limanlarına 290 min 934 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına Yunanıstandan 2 milyon 092 min 773 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.