Çindən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Çindən Türkiyə limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar ayında Çindən Türk limanlarına 10 milyon 727 min 221 ton yük daşınıb. Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 42 min 314 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 10 miyon 459 min 164 ton yük çatdırıb.

Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 225 min 743 ton yük çatdırılıb. 2023-cü ilin yanvar ayında Türkiyə limanlarına Çindən 2 milyon 353 min 146 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Türkiyə limanları 31 milyon 991 min 861 ton yük qəbul edib.

Qeyd edilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 1 milyon 908 min 95 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 83 min 766 ton olub.

Bununla yanaşı, 2023-cü ilin yanvar ayında Türkiyə limanlarından 6 milyon 497 min 512 ton transit yük daşınıb.