Aİ və Azərbaycan arasında əmtəə dövriyyəsi rekord dərəcəyə çatıb - Səfir

Aİ və Azərbaycan arasında əmtəə dövriyyəsi rekord dərəcəyə çatıb - Səfir

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) 2022-ci ildə Azərbaycanın əsas ticari tərəfdaşı olub.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko özünün Facebook səhifəsində yazıb.

"Bu yaxında son statistikanı əldə etdim: Azərbaycanın xarici ticarətinin 52 faizi Aİ-nin payına düşür. İxracın 65,6 faizi Aİ bazarının payına düşür. Bu, tarix boyu ən yüksək göstəricidir", - səfir yazır.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanla Avropa ölkələri arasında əmtəə dövriyyəsi 27,3 milyard dolları ötüb.

Aİ nümayəndəliyi Azərbaycandakı 15 illik fəaliyyət müddəti ərzində 224 milyon avro dəyərində təqribən 400 layihə həyata keçirib. Azərbaycanda Aİ-nin üzv ölkələrinin ekspertləri, dövlət müəssisələri və Azərbaycanın hökumət müəssisələri tərəfindən birgə 50-dən artıq tvinninq layihə həyata keçirilib.