Azərbaycanda bərpa olunan enerji sektorunun böyük perspektivləri var - Səfir

Azərbaycanda bərpa olunan enerji sektorunun böyük perspektivləri var - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan Cənubi Qafqazda Almaniya üçün vacib iqtisadi tərəfdaşdır.

TurkicWorld-un məlumatına görə, bunu bu gün Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "Market Analysis Azerbaijan 2022-2023" eksklüziv nəşrinin təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığı baxımından Almaniya ilk növbədə bərpa olunan enerji sektorunda maraqlıdır.

"Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji sektorunda vacib tərəfdaşdır. Bu sahənin Azərbaycanda böyük gələcəyi var", - səfir deyib.

O vurğulayıb ki, hazırda Almaniya üçün Azərbaycanla həm enerji, həm də logistika və ticarət sahələrində əməkdaşlıq potensialı vacibdir.