Türkiyə Qazaxıstana hazır geyim ixracını azaldıb

Türkiyə Qazaxıstana hazır geyim ixracını azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Qazaxıstana hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz azaldaraq 208,2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Qazaxıstana hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 20,2 faiz azaldaraq 22,6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 17,9 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 10,6 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.