Oktyabr ayında Azərbaycanda Türkiyədən ixrac edilən avtomobil sənayesi məhsullarına olan tələb artıb

Oktyabr ayında Azərbaycanda Türkiyədən ixrac edilən avtomobil sənayesi məhsullarına olan tələb artıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz artıraraq 129,7 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Azərbaycana avtombil sənayesi məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,1 faiz azaldaraq 12,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 24,96 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 1,8 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 30,5 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.