Yanvar-iyun aylarında Türkiyə Gürcüstan bazarlarına 30 faizə yaxın elektrik avadanlıqları ixrac edib

Yanvar-iyun aylarında Türkiyə Gürcüstan bazarlarına 30 faizə yaxın elektrik avadanlıqları ixrac edib

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana elektrik məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artıraraq 111,6 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Gürcüstana elektrik məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 27,9 faiz artıraraq 12,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 12,3 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 7,6 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 14,9 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.