Yanvar-oktyabr aylarında Türkiyə Gürcüstana polad ixracını artırıb

Yanvar-oktyabr aylarında Türkiyə Gürcüstana polad ixracını artırıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz artıraraq 156,3 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Gürcüstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 7,3 faiz artıraraq 18,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 18,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 38,2 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2021- oktyabr 2022) Türkiyə 22,7 milyard dollar məbləğində polad ixrac edib.